Fındığın istifadəsi
Qovrulmuş fındıq şokoladla kombinasiyada çox dadlıdır. Buna görə o şokolad barlarında, şirniyyatlarda və şirniyyat məmulatları üçün bəzək kimi geniş istifadə olunur.
Qovurulmuş və doğranılmış fındıq- tortlar, piroqlar, peçenye və digər müxtəlif şirniyyat məmulatlarında həm tərkib hissəsi olaraq, həm də bəzək kimi istifadə olunur.
Fındıq süd sənayəsində, əsasəndə şirəli kəsmiklərin, dondurmanın və s. komponenti kimi geniş istifadə olunur.
Fındıq pastası (fındıq yağı) səhər yeməyində, şokoladlı-fındıqlı pastalar, kremlər, şirələr, karamellər, yoqurtlar, dondurma və s. istehsalında əlavə komponent olaraq istifadə edilə bilər.