KÖHNƏ ƏNƏNƏLƏR
YENİ İMKANLAR
Sənayedə 20 ildən artıq təcrübəsi olan və 2000-ci ildən fəaliyyət göstərən Aqrovest MMC, Azərbaycanın ən böyük natural və emal olunmuş fındıq tədarükçülərindən birinə çevrilib. Restrukturizasiya səbəbindən şirkət 2017-ci ildən etibarən Agrarco MMC-nin törəmə şirkəti olaraq fəaliyyətini davam etdirir.
Bu illər ərzində qida sənayesində fəaliyyət göstərən bir çox beynəlxalq şirkətlərə məhsullarımızı tədarük etdik və etməkdə davam edirik. Eyni zamanda “Aqrovest” şirkəti emal, qablaşdırma və daşınmaya kimi bir sıra xidmətlər spektrini təqdim edir.
Şirkətin əsas vəzifəsi müştərilərimizin artan ehtiyaclarını səmərəli şəkildə təmin etmək və dünya ticarəti sahəsindəki ən son texnoloji inkişafları və bazar tendensiyalarını fəal şəkildə izləyərək tətbiq etməkdir.
Şirkətimiz beynəlxalq standartlara cavab verməyə böyük diqqət yetirir. Bunun nəticəsi olaraq şirkət qida istehsalı sahəsi üzrə 2012-ci ildən sertifikatlaşdırılıb.

280 000
Ədəd ting

2000
Hektar məhsuldar
torpaq
7000MT
Ləpə əsasında istehsal gücü

UĞURLARIMIZ
2000
2004
2007
2010
2017
2021

Zaqatalada ilk fındıq sındırma sexinin tikintisi
Qaxda fındıq sındırma sexının tikintisi
Qusarda ilk fındıq bağının salınması
Zaqatalada ilk fındıq emalı zavodunun tikintisi, Qusarda ikinci bağın salınması
Azərbaycanın şimal-qərb bölgəsində yeni fındıq bağlarının salınması
İnteqrasiya olunmuş Şimal-Qərb Mərkəzinin tikintisi

















