top of page

BAĞLARIMIZ

Якорь 1

FINDIQ BAĞLARI

Şirkətimiz 1500 hektardan çox fındıq bağına məxsusdur ki, bunun da 94 hektarı yeni fındıq tingliyi üçün ayrılmışdır. Məşhur Zaqatala fındıq bölgəsinin iqtisadi rifahına əhəmiyyətli dərəcədə töhfə vermək məqsədi ilə yerli fermerləri gənc fındıq ağacları ilə təmin edirik.

Həmçinin fındıq istehsalı ilə məşğul olan gənc fermerlər üçün təhsil mərkəzi yaradılmışdır. Mərkəzin əsas fəaliyyət istiqaməti - kənd təsərrüfatı təcrübəsi olmayan yeni istehsalçılara gübrələrin və herbisidlərin vaxtında tətbiqi, əkin sxemləri, ağacların düzgün budanması, suvarılması və zərərvericilərə qarşı mübarizə kimi bütün lazımi məlumatları verməkdir.

 

Şirkətimiz fındıq yetişdirmək üçün müasir, daha intensiv yanaşma istifadə edərək, ənənəvi böyümə üsulları ilə müqayisədə məhsulu iki dəfə artırır.

Bununla yanaşı, damla suvarma təcrübəsinin tətbiqi, fındıq ağacının hər böyümə mərhələsində opimal nəm şəraitinin saxlanılmasına imkan verir, ağacların qurumasının qarşısını alır, məhsulu artırır və artıq suvarmadan qoruyur.

FI3A0216.JPG
587ghy.jpg

ATA-BABA FINDIĞI

Ata-Baba fındıq növü  olduqca əla dada malikdir. Mükəmməl keyfiyyət, yüksək protein və yağ tərkibinə görə, həmçinin sərt və qoruyucu qabığı olduğu üçün premium növ hesab edilir.  Ata-Baba növü xəstəliklərə qarşı yüksək müqavimət göstəriciləri ilə seçilir, eləcədə kiflə siraətlənməsi az olması və heç bir kimyəvi qatqı maddələrinin olmadan becərilməsi ilə məşhurdur.

  

Bu növ ixracatımızın böyük hissəsini təşkil edir. Fındıq ləpəsinin 65% yağ tərkibi olması ona çox şirin və ləzzətli dad verir. Fındıq açıq qəhvəyi rəngdədir və sərt qabıqlı mükəmməl yuvarlaq formaya sahibdir.

Maraq üçün qeyd edək ki, yerli ləhcədə "Ata-Baba" "atadan oğula ötürülən" mənasını verən qədim fındıq sortudur.

bottom of page