ISTEHSALIMIZ
Müştərilərimizin geniş spektrli tələblərini ödəmək məqsədi ilə qabaqçıl texnoloji həllərlə təchiz edilmiş fındıq emalı zavodumuz Zaqatalada yerləşir.
Zavodun istehsal gücü illik 7000 ton fındıq ləpəsinə yaxındır. Gündəlik 20 ton məhsul emal edərək, zavodumuz potensial müştərilərimizin daim artan ehtiyaclarını ödəməyə çalışır. Fındıq ləpəsinin ölçüləri 0 mm -15 mm kalibr arasındadır.
Zavodumuz 13.000 kvadrat metrdən çox ərazini əhatə edən kompleksin daxilindədir, həmçinin ərazidə 2.500 ton tutumlu iqlim nəzarətli anbar mövcuddur.
Fındıq ləpəsi birbaşa bağlarımızdan gəldiyi üçün məhsullarımızın 100% izlənilməsini təmin edirik və beləliklə beynəlxalq bazarın bütün tələblərinə cavab vermək qabiliyyətinə malikik.
İstehsalatda
istifadə
olunan xammal və
qablaşdırma
materialları etibarlı
təchizatçılardan
alınır
Xammal
spesifikasiyaya uyğun olaraq
iki dəfə
yoxlanılır
Fındıq ləpələri
orqanoleptik, fiziki,
kimyəvi və
mikrobioloji
prametrlər üzrə yoxlanılır
Bütün mərhələlərdən keçərək və
spesifikasiyaya
uyğun olaraq məhsul anbara daxil olur və izləmə proseslərinin aparılması məqsədi ilə xüsusi lot ilə nişanlanır
NƏZARƏT VƏ MONİTORİNQ
Korporativ fəlsəfəmizin təməli - şirkətimizdə qurulan Keyfiyyət İdarəetmə Sisteminin müştərimizə xüsusi olaraq yüksək standartlara uyğun bir məhsul təqdim etməsini təmin etməkdir. Keyfiyyət İdarəetmə Sisteminin istehsal prosesimizin və əməliyyatlarımızın hər bir addımının ayrılmaz hissəsidir.
Nəzarət tədbirləri, xammalın ilkin qəbulundan nəqliyyatın baxış vərəqəsinə qədər bütün istehsal zənciri boyunca aparılır.
Fındıq istehsalı prosesinin hər mərhələsi ixtisaslı kadrların diqqət mərkəzində olmasını tələb edir, bu səbəbdən istehsalda iştrak edən işçilər ixtisaslarını daim artırmaq üçün lazımi təlim və resurslarla təmin edilir.
Komandamız iş səmərəliliyinin artırılması və müştərilərimizin bütün gözləntilərinin ödənilməsi naminə davamlı olaraq proseslərimizi yaxşılaşdırmaq üçün çalışır.