MƏHSULLARIMIZ
FINDIQ HAQQINDA BİLMƏDİKLƏRİNİZ
Fındıq ləpəsinin tərkibində olan yağ, zülal, karbohidrat, vitaminlər, minerallar, fitosterollar və antioksidant fenolları insan qidalanmasında və sağlamlığında xüsusi rol oynayır.
Fındıq ləpəsinin bəzi faydaları bunlardır:
-
xolesterol səviyyəsini tarazlaşdırır
-
ürək sağlamlığını artırır
-
qan təzyiqi və qanın laxtalanmasını azaldır
-
immunitet sistemini möhkəmləndirir
-
həzm funksiyasını yaxşılaşdırır
-
bədənin maddələr mübadiləsini optimallaşdırır
-
dərinin sağlamlığını artırır
-
xərçəngin qarşısını alır
-
əqli funksiyasını artırır
-
qırmızı qan hüceyrələrinin sayını artırır
Dünyada 400-dən çox fındıq növü müəyyən edilmişdir, lakin bunlardan yalnız 20-si ticari olaraq istifadə edilə bilir.
Ticari ləpələrinin çoxu şokolad və qənnadı məhsullarında istifadə olunur: müsli, peçenye, çörək və digər əsas qidalara əlavə edilir, çərəz assortisi kimi istifadə olunur, fındıq yağından hazırlanan siroplar qəhvələrdə, dondurmalarda istifadə olunur, eyni zamanda parfümeriyada ətir qatqısı kimi istifadə olunur.
FINDIQ LƏPƏSİ
kulinariyada
Qovrulmuş fındıq ləpəsi şokoladla kombinasiyada çox dadlıdır. Bu səbəbdən ləpə şokolad plitkalarında, şirniyyatlarda geniş istifadə olunur və eyni zamanda bəzək olaraq işlənilir.
Qovurulmuş və doğranmış fındıq ləpəsi - tortlar, piroqlar, peçenye və digər müxtəlif şirniyyat məmulatlarında tərkib hissə həm də bəzək kimi istifadə olunur.
Fındıq pastası (fındıq yağı) səhər yeməyi, şokoladlı-fındıqlı pastalar, kremlər, şirələr, karamellər, yoqurtlar, dondurma və s. istehsalında əlavə komponent kimi də istifadə edilə bilər.
Fındıq ləpəsindən souslar hazırlanır, şorba, salat və qəlyanaltılara eləcə də ikinci yeməklərə - makaron, plov, risotto, güveçə əlavə olunur, müxtəlif şirniyyat bişirilir və mürəbbə hazırlanılır.